18 avqust 2012 13:16
Simurqun yeni transferləri nömrə seçdi
“Simurq” ötən gün müqavilə bağladığı futbolçularla bağlı rəsmi açıqlama yayıb. Azerisport.az xəbər verir ki, rəsmi sayt vasitəsi ilə yayımlanan açıqlamada serbiyalı Mario Boziç və xorvatiyalı Zdravko Popoviçlə mövsümün sonuna qədər müqavilə bağlandığı bildirilir.
29 yaşlı yarımmüdafiəçi Mario “Simurq”un heyətində 25 nömrəli formanı geyinəcək. 28 yaşlı hücumçu Zdravko isə 10 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, hər iki futbolçu artıq komanda ilə məşqlərə qatılıb. Baş məşqçi Georgi Çixradze “Turan”la keçiriləcək qarşılaşmada onlara şans verəcəyi halda meydana daxil ola biləcəklər.
