18 avqust 2012 14:30
Qarabağ Sumqayıtla oyuna hazırdı
“Qarabağ” “Sumqayıt”la oyuna hazırdı. Azerisport.az xəbər verir ki, bu gün sonuncu məşqini edəcək komanda “şəhərlilər”lə oyun üçün təlim-məşq toplanışına yığışıb.
Komandada 3-cü tur öncəsi Əfran İsmayılovun zədə səbəbindən oyunu buraxacağı məlumdu. Əvəzində Vaqif Cavadov sıraya dönüb.
“Qarabağ” “Sumqayıt” üzərində qələbə qazanaraq rəqibi üzərində Premyer Liqada ilk belə zəfərini rəsmiləşdirmək istəyir. Xatırladaq ki, ağdamlılar ötən mövsüm bu rəqibi hər 2 çempionat oyununda yenə bilməmişdilər.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu avqustun 19-da keçiriləcək və saat 18:00-da start götürəcək.
