23 avqust 2012 22:52

Neftçi APOEL-ə qalib gələ bilmədi (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirildi. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu mərhələdə ilk oyununa çıxdı.
 
Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni”ni mübarizədən kənarlaşdıran “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilməmişddi. Amma reqlamentə əsasən Azərbaycan təmsilçisi hələ Avroliqada da mübarizə aparmaq şansına malikdi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməlidi. Hansı ki, paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza ata bilər.
 
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyun)
23 avqust
 
NEFTÇİ – APOEL - 1:1 (0:0)
Şükürov, 82-pen. (1:0), Ben Aşur, 83 (1:1)
 
Hakimlər: Robert Malek, Kriştof Mirmus, Maçey Verzbovski, Tomas Vajda (hamısı Polşa).
Bakı. “Dalğa Arena”.
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay (17. Araz Abdullayev, 76), 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 65), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 26. Kərim Diniyev, 28. Emin Mehtiyev.
APOEL: 22. Dionisios Xiotis, 7. Mario Budimir (77. Atos Solomu, 87), 10. Kostas Xaralambides (k) (12. Aldo Adorno, 58), 11. Nektarios Aleksandru, 23. Eliu Pinto, 26. Nunu Moraiş, 27. Arits Borda, 28. Mario Serjio, 30. Zuela, 31. Elder Souza (18. Selim Benaşur, 46), 46. Efstatios Aloneftis.
Ehtiyat oyunçular: 78. Urko Pardo, 5. Maykl Klyukovski, 15. Maris Antoniades, 19. Marios Elia.
Sarı vərəqə: Aloneftis, Şükürov, Zuela, Ramos, Kanales.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.