18 avqust 2012 14:52
“Təəssüf ki, Arazın heyətində onu zərərsizləşdirə bilmədik”
Slovakiyanın “Slov-Matik” klubunun baş məşqçisi Yan Yanik Riqada keçirilən futzal üzrə beynəlxalq turnir çərçivəsində Azərbaycan çempionu “Araz”a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“Biz bu oyunda ələ düşən qol vəziyyətlərini dəyərləndirə bilmədik. Rəqib isə bunu bacardı. Halbuki, birinci hissədəki oyunumuza heç bir iradım yoxdu. Uşaqlar yaxşı oyun sərgilədilər. Təəssüf ki, Serjionu zərərsizləşdirə bilmədik. O, bu görüşdə “Araz”ın heyətində əsas fiqur idi”.