18 avqust 2012 16:25
Berti Foqts millini yenidən təlim-məşq toplanışına yığır
Məlum olduğu kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası sentyabrın 7-də Bakıda İsrail yığması, sentyabrın 11-də isə Braqa şəhərində Portuqaliya yığması ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə millimizin təlim-məşq toplanışı təşkil olunacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, komandamız avqustun 28-dən sentyabrın 12-dək təlim-məşq toplanışında olacaq.
