18 avqust 2012 18:53
Turan daha dörd futbolçu sifariş etdi
“Turan” yeni transferlərinin adını sifariş ərizəsinə salıb. Azerisport.az xəbər verir ki, Tovuz klubu daha dörd futbolçu sifariş edib.
Bunlardan biri ötən mövsüm komandanın şərəfini qorumuş Aleksandr Qoqoberişvilidi. Əsgər Abdullayevin qərarı ilə heyətdən uzaqlaşdırılan gürcü müdafiəçi komandaya qayıdıb.
Onunla yanaşı, “Bakı”dan gələn qapıçı Andrey Popoviç, “Xəzər Lənkəran”lan malili yarımmüdafiəçi Salif Ballo və “Sumqayıt”dan hücumçu Fərid Quliyevin adı sifariş ərizəsinə salınıb.
