18 avqust 2012 20:37
Qarabağ qələbə qazandı, XL və İnter sülh bağladı
Bu gün Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 3-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son gündə iki qarşılaşma baş tutub.
“Sumqayıt” doğma meydanda “Qarabağ”la üz-üzə gəlib. Ağdam təmsilçisi səfər qələbəsinə sevinib. “İnter” isə “Xəzər Lənkəran”ı qəbul edib. Bu görüşdə hesab açılmayıb.
Əvəzedicilərin çempionatı
3-cü tur
18 avqust
Sumqayıt – Qarabağ – 1:2
Qollar: Arif Vəliyev, 18 - Tural Rzayev, 15, Toğrul Bilallı, 19.
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Aleksandr Musatkin, Ceyhun Haşımov.
Bakı. Dalğa Arena, köməkçi meydança.
İnter – Xəzər Lənkəran – 0:0
Hakimlər: Ramil Əhmədov, Elxan Əsgərzadə, Ruslan Babayev, Yusif Hüseynov.
Zabrat. Qəsəbə stadionu.
