18 avqust 2012 20:42
“0:3 hesablı məğlubiyyət bizi ayıltdı”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin türkiyəli çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevə şəfa diləyirəm. İnanıram ki, tezliklə onu komandasının başında görəcəyik. “Neftçi” psixoloji cəhətdən gərgin idi. Onlara qələbə lazım idi. 0:3 hesablı məğlubiyyət bizi ayıltdı. Səhvlərimizi təhlil edəcəyik. “Neftçi”yə Avropa Liqasında uğurlar arzulayıram”.
