18 avqust 2012 20:46
Tərlan Əhmədov: Qələbə bizim üçün çox vacib idi
“Neftçi”nin məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 3-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çempionlar Liqasında “Hapoel”ə, Premyer Liqada “Qarabağ”a ardıcıl məğlub olduqdan sonra qələbə qazanmaq bizim üçün çox vacib idi. Ötən tur süni örtüklü meydançada oynadığımız üçün futbolçular hələ də özlərinə gələ bilməyiblər. “Qəbələ”nin “İnter”lə oyununu izləmişdik. Rəqibin yarımmüdafiə və hücum xətti bizi narahat edirdi. “Qəbələ” ilk hissədə bizə problem yaratsa da, ikinci hissədə vurduğumuz qollarla qələbə qazandıq. Bu gün Rəşad Sadiqov və Vobaya istirahət vermişdim. Onlar da ikinci hissədə meydana daxil olub özlərini doğrultdular”.
