18 avqust 2012 21:16
Vaqif Sadıqov Kəpəz üzərində qələbəni şərh etdi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 3-cü turunun “Kəpəz” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Kəpəz”lə oyunlar həmişə çətin olur. Rəqibimiz artıq 2 oyundu ki, qalib gələ bilmirdi. Biz də bu oyuna üç xal qazanmaq əzmi ilə çıxmışdıq. Futbolçularıma qələbəyə görə təşəkkür edirəm. Qol imkanlarımız çox olsa da, yalnız ikisindən istifadə edə bildik”.
