18 avqust 2012 21:23
“Hələ də öz oyunumuzu tapa bilmirik”
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 3-cü turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hələ də öz oyunumuzu tapa bilmirik. Oyunumuzda müəyyən çatışmazlıqlar var. Qarşıdakı oyunlarda bunları aradan qaldırıb qələbə qazanmağa çalışacağıq”.
