18 avqust 2012 11:38
Neftçinin APOEL ilə cavab matçının başlama saatı dəyişdi
Azərbaycan çempionu “Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi cavab matçının başlama saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma avqustun 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, bu matçın öncədən 23:00-da start götürəcəyi bildirilirdi. Amma göründüyü kimi, start bir saat irəli çəkilib. Görüş Nikosiyadakı “GSP Arena”da baş tutacaq.
“Neftçi” ilə APOEL arasındakı ilk oyun isə avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
