18 avqust 2012 11:50
“Azərbaycan Premyer Liqasında yeni favoritlər olmur”
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç Premyer Liqanın 3-cü turunun “Rəvan”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Rəvan”la oyundan nə gözləyirsiz?
- Bu, çətin oyun olacaq. Rəqib komandanın çox yaxşı heyəti var. Bundan öncə isə onlar AZAL-la oyunda məğlub olublar. Yəqin ki, yenidən eyni aqibəti yaşamağa hazırlaşmırlar. Hələ ötən mövsümdən yadımdadı ki, bu komanda xüsusilə favoritlərlə görüşdə necə uğurlu oyun sərgiləyirdi. Amma istənilən halda hədəfimiz qələbə qazanmaqdı. “Simurq”la heç-heçədən sonra yenidən xal itirməyə haqqımız yoxdu.

- Yeri gəlmişkən, “Simurq”la oyununuz niyə alınmadı?
- Bəxtimiz gətirmədi. Bizim rəqib qapısına yol tapmaq üçün çoxlu şansımız var idi. Belə nəticəni ancaq bəxt amili ilə əlaqələndirmək olar. Amma çempionat hələ yeni başlayıb. Bütün komandalar xal itirirlər. Bizə sadəcə öz gücümüzə inanmaq lazımdı.

- “Rəvan”ın ilk oyunlarını izləmisiz?
- Bəli. Onlar “Xəzər Lənkəran”la sülh bağladılar, AZAL-a məğlub oldular. Deməli, bu dəfə qələbə qazanmağa çalışacaqlar. Bu da bizim işimizi bir qədər çətinləşdirə bilər.

- Düşünmürsüz ki, “Bakı”nın hücum xəttində ciddi problemlər var?
- Komandada oyun planında problem yoxdu. Mümkündü ki, müəyyən çatışmazlıqlar var. Amma klubun yaxşı potensialı var. Ancaq hücumçuları günahlandırmaq düz çımaz. Belə heyətlə biz mütləq avrokuboklara oynamalıyıq. Əminəm ki, bu mövsüm bizdə hər şey uğurlu alınacaq.
- Çoxları bu mövsüm çempionluğa əsas namizəd kimi “Neftçi” ilə “Xəzər Lənkəran”ı namizəd göstərir...
- Azərbaycanda hər mövsüm eyni cür olur. Bu, normaldı. Yeni favoritlər yoxdu. “Neftçi”, “Xəzər Lənkəran”, “İnter”, “Bakı”, “Qarabağ” və “Qəbələ” həmişə ilk altılığa düşmək uğrunda mübarizə aparır. Eyni zamanda AZAL və “Rəvan”ı da unutmamaq lazımdı.