19 avqust 2012 00:16
Millimizin hücumçusu vacib qələbəyə sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun formasını geydiyi “Metallurg” Latviya çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 23-cü turu çərçivəsində “Skonto” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilib. Bu üzdən də meydan sahibləri matçdan qalib ayrılmağı hədəfləmişdilər. Onlar bu istəklərinə çatıblar.
Təəssüf ki, son oyunlarda olduğu kimi, millimizin forvardı bu dəfə də oynamayıb. O, 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, Liepaya klubu hazırda 22 oyundan sonra 41 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Skonto” isə 46 xalla 10 komanda arasında 2-cidi.
Latviya çempionatı
23-cü tur
18 avqust
Metallurg – Skonto – 1:0
