20 avqust 2012 02:08

İtaliya kuboku: 3-cü mərhələyə yekun vuruldu (YENİLƏNİB)

Futbol üzrə İtaliya kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə 32 klub mübarizə aparırdı.
 
Onlar növbəti mərhələyə adlayan 16 xoşbəxtin adına aydınlıq gətiriblər. İlk oyun günündə baş tutan görüşlərdən sonra onların 15-nin adı bəlli olub. Bunlar “Fiorentina”, “Chievo”, “Cagliari”, “Cesena”, “Cittadella”, “Juve Stabia”, “Torino”, “Atalanta”, “Bologna”, “Catania”, “Verona”, “Livorno”, “Reggina”, “Palermo” və “Pescara” idi. Bu mərhələnin ən böyük sürprizi kimi isə “Sampdoria”nın daha zəif “Juve Stabia”, “Genoa”nın da “Verona” səddini keçə bilməməsi olub.
 
Növbəti mərhələyə daha bir vəsiqənin sahibi ötən gün müəyyənləşib. “Siena” “Vicenza” ilə görüşdən qalib ayrılaraq, növbəti mərhələy son vəsiqənin sahibinə çevrilib.
 
Qeyd edək ki, dördüncü təsnifat mərhələsinə vəsiqə qazanan 16 klub həmin mərhələdə öz aralarındakı 8 ən güclünü müəyyənləşdirəcəklər. Məhz həmin 8 ən güclü klub mübarizəyə birbaşa 1/8 final mərhələsindən başlayacaq “Inter”, “Napoli”, “Roma”, “Udinese”, “Lazio”, “Parma”, “Milan” və “Juventus”a rəqib olmaq şansı qazanacaq.
 
İtaliya kuboku
3-cü təsnifat mərhələsi
18 avqust
 
Fiorentina – Novara – 2:0
Chievo – Ascoli – 4:0
Cagliari – Spezia – 2:1
Cesena – Crotone – 3:2
Cittadella – Ternana – 1:0
Juve Stabia – Sampdoria – 1:1 (penaltilərlə 4:3)
Torino – Lecce – 4:2
Atalanta – Padova – 2:0
Bologna – Varese – 2:1
Catania – Sassuolo – 1:0
Genoa – Verona – 1:1 (penaltilərlə 1:4)
Livorno – Perugia – 4:1
Modena – Reggina – 1:5
Palermo – Cremonese – 3:1
Pescara – Carpi – 1:0
 
19 avqust
 
Siena - Vicenza - 4:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.