19 avqust 2012 13:36
“Azərbaycan üzərində qələbəyə köklənmişik”
Futbol üzrə İsrail yığmasının vingeri Gil Vermut DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Komandamızın seçmə mərhələdəki oyunlarını səbrsizliklə gözləyirəm. Macarıstanla yoxlama matçında biz qələbə qazana bilmədik (1:1). Amma əvəzində oyunumuzdakı çatışmazlıqları görə bildik. Artıq Azərbaycan üzərində qələbəyə köklənmişik”.

Qeyd edək ki, Azərbaycan və İsrail yığmaları arasındakı ilk oyun sentyabrın 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.