19 avqust 2012 14:27
Avi Luzon: Macarıstanla oyun Azərbaycanla görüşə yaxşı hazırlıq oldu
İsrail Futbol Federasiyasının prezidenti Avi Luzon DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Macarıstanla yoldaşlıq oyunumuz yaxşı alındı. Fikrimcə, yekun nəticə də elə oyunun gedişini əks etdirdi. Fikrimcə, bu qarşılaşma sentyabrda keçirəcəyimiz Azərbaycan və Rusiya ilə oyunlar öncəsi yaxşı hazırlıq oldu”.
Qeyd edək ki, Azərbaycan və İsrail yığmaları arasındakı ilk oyun sentyabrın 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
