19 avqust 2012 15:25
Cavid Hüseynov oynadı, komandası uduzdu (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun formasını geydiyi Tükiyənin “Adana Demirspor” klubu növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi Boludakı təlim-məşq toplanışı çərçivəsində “Balıkesirspor”la üz-üzə gəlib.
Cavid Hüseynov bu görüşdə start heyətində meydana çıxıb. Millimizin üzvü görüşdən məğlubiyyətlə ayrılıb. Belə ki, 72-ci dəqiqədə penaltidən vurduqları qol “Balıkesirspor”a minimal hesablı qələbə qazandırıb.
