19 avqust 2012 15:38
Kəpəzin yeni baş məşqçisi bəlli oldu (FOTO)
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, gözlənildiyi kimi, komandanı bundan sonra Mahmud Qurbanov çalışdıracaq.
Artıq Gəncə klubu bu xəbəri rəsmi olaraq da təsdiqləyib. Klubun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu gün Fuad İsmayılovun istefasını qəbul edən “Kəpəz” prezidenti Elmir Əliyev onunla görüşüb və təcrübəli məşqçiyə uğurlar arzu edib. Məlumatda daha sonra qeyd olunur ki, “Kəpəz”in rəhbərliyi bu postu bir müddət əvvəl “Tərəqqi”yə baş məşqçi təyin olunmuş Mahmud Qurbanova tapşırıb.
Təyinatdan dərhal sonra Elmir Əliyev, Mahmud Qurbanov və Fuad İsmayılov birlikdə görüşərək ümumi məsələləri müzakirə ediblər. İsmayılov Qurbanova gələcək fəaliyyətində uğurlar arzulayıb.
