19 avqust 2012 16:54
Kəpəzin prezidenti baş məşqçi dəyişikliyindən danışdı
“Mən Fuad müəllimə (İsmayılov) uğurlar arzulayıram. O çox təcrübəli bir məşqçidi. Lakin bu futboldu və belə şeylər olur. İnanıram ki, İsmayılov bundan sonra da Gəncə futboluna xidmət göstərəcək”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in prezidenti Elmir Əliyev deyib.
Klub rəhbəri baş məşqçi postuna Mahmud Qurbanovun təyinatına da münasibət bildirib: “O, Azərbaycanın ən təcrübəli və güclü futbolçularından olub. Gənc və perspektivlidi. İnanıram ki, onun komandaya baş məşqçi təyin olunması kluba yeni abu hava gətirəcək”.
