19 avqust 2012 17:12
Simurq Xəzər Lənkəranla matçın hazırlıqlarına istirahət etmədən start verdi
Premyer Liqanın 3-cü turunda “Turan”ı məğlub edən “Simurq” məşqləri ara vermədən davam etdirir. Azerisport.az xəbər verir ki, Georgi Çixradzenin yetirmələri səhər saatlarında Zaqatala şəhər stadionunda növbəti qarşılaşmanın hazırlıqlarına start verib.
Əvvəlcə yüngül qaçışla başlayan məşq, daha sonra isinmə hərəkətləri ilə davam etdirilib. Bundan sonra isə əsas heyətdə meydana çıxmış futbolçulara istirahət verilib. Digər qrup isə iki tərəfli oyunla bu günlük məşqi tamamlayıb.
Qeyd edək ki, “Simurq”un növbəti turdakı rəqibi “Xəzər Lənkəran” olacaq.
