19 avqust 2012 21:19
Qurban Qurbanov: Bu komanda öz oyunu ilə mənim diqqətimi cəlb edir
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 3-cü turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 6:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu gün əsas olan üç xalı qazanmaq idi ki, onu da bacardıq. İlk iki turda rəqibin dörd xal qazandığını bilirdik. Bundan başqa, keçən mövsüm onlarla oyunlarda beş xal itirmişdik. Bu komanda öz oyunu ilə mənim diqqətimi cəlb edir. Yaxşı top saxlayır. Bu gün baxımlı oyun oldu. Heyf ki, hər iki komanda oyunu azlıqda başa vurdu. "Sumqayıt" komandasına uğurlar arzulayıram".
