19 avqust 2012 21:26
Bernard Raab: Futbolçularımın oyunundan razı qalmadım
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 3-cü turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:6 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Deyiləcək çox sözüm yoxdu. Rəqib komandanı qələbə münasibətiylə təbrik edirəm. Oyundan qabaq da futbolçularıma demişdim ki, “Qarabağ”a oynamaq imkanı verməməliyik. Bir sözlə, futbolçularımın oyunundan razı qalmadım. Məncə, səviyyə fərqi də öz sözünü dedi. “Qarabağ” futbolçularının ustalıq səviyyəsi daha yüksək idi".
