19 avqust 2012 22:38
Yığmamız Rusiya ilə sülhə razılaşdı
Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Süsən Mənsimova fərqlənib.
