19 avqust 2012 22:56
Yunis Hüseynov: Dörd yeni futbolçunun yolunu gözləyirik
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 3-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çətin oyun olacağını bilirdik. İlk 20 dəqiqə zəif oynasaq da, yekunda xal qazandıq. Bəzi oyunçular meydanda özünü itirmişdi. Bunun belə olacağını bilirdim. Çünki komandam süni örtükdə oynamağa alışmayıb. Hesab edirəm ki, bu gün bir xal qazandıq. Matçın sonlarında qol vura da bilərdik, buraxa da. Oyundan sonra Sadio Tounkaranı mülki geyimli şəxs təhqir etdi. Bu təsiredici haldı.. Hələ onu vurmaq da istəyirdilər. “Xəzər Lənkəran”a heyəti gücləndirmək lazımdı. Dörd yeni futbolçunun yolunu gözləyirik. Son 7 oyundan ən zəifini oynadıq”.
