19 avqust 2012 00:03
Əsgər Abdullayev darmadağını şərh etdi
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 3-cü turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunun başa çatmasına 20-25 dəqiqə qalmış bir neçə oyunçu dəyişikliyi etsək də, bu öz nəticəsini vermədi. Antonio Rukavinanın oyunundan razı qaldım. Gələcək oyunlarda daha yaxşı nəticələr əldə etməyə çalışacağıq”.
