19 avqust 2012 00:08
Popoviçdən Popoviçə ikiqat zərbə və ya çempionsayağı qələbə
Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutdu.
Ötən tur “Qarabağ”a yenilən “Neftçi” ilk iki turda 4 xal qazanan “Qəbələ”ni qəbul etdi. Bu komandalar arasında ötən mövsüm baş tutan son üç oyunda Fatih Kavlakın yetirmələri qələbə qazanaraq “Neftçi” üçün kabusa çevirilmişdilər. Bu dəfə isə hər şeyin əksi oldu. İlk yarısı bərabərliklə bitən oyunda hesab fasilədən dərhal sonra açıldı. Az sonra Julius Vobay da rəqib qapısına yol tapmaqla qələbəni demək olar ki, rəsmiləşdirdi. Əsas vaxtın bitəməsinə 3 dəqiqə qalmış özünün ikinci, komandasının üçüncü qolunu vuran Cavid matçın qəhrəmanına çevirildi. Beləcə, son çempion ilk qələbəsinə imza atdı. “Qəbələ” isə mövsümdəki ilk yenilgisinə üzüldü.
AZAL Gəncədə “Kəpəz”in qonağı oldu. İlk iki turda 4 xal qazanan “təyyarəçilər” də xal üzünə həsrət qalan gəncəlilərə heç bir şans vermədi. AZAL-ın hər iki qolunu yeni transfer Junior Nildo rəqib qapısından keçirdi. Braziliyalı futbolçu bu gedişlə paytaxt klubunun ən aparıcı oyunçusuna çevrilməkdədi. Hər halda məhz onun vurduğu qollar sayəsində AZAL artıq müvəqqəti də olsa, zirvəni ələ keçirdi. Gəncə təmsilçisinin uğursuz çıxışı isə davam edir. Hər halda bu komanda yeni mövsümün aşkar autsayderinə çevrilməkdədi.
İlk iki turda “Bakı” və “Qəbələ” ilə sülh bağlayan “Simurq” doğma meydanda “Turan”ı qəbul etdi. Birinci turda səfərdə “Kəpəz”i udub, ardınca evdə “Sumqayıt”a yenilən tovuzlular Zaqatalaya xal dalınca yollansalar da, istəkləri baş tutmadı. “Simurq” qonaq komandanı darmadağınla yola saldı. Baxmayaraq ki, görüşün sonlarına qədər “Turan” bir xala çox yaxın idi. Qollara zaqatalalıların yenicə heyətə qatdıqları legionerlər imza atdılar. Öncə xorvat Zdravko Popoviç dubla imza atdı. Özü də maraqlıdı ki, o, həmsoyadı – Andrey Popoviçi iki dəfə məyus etdi. Əlavə vaxtda isə Mario Bojiç möhtəşəm qola imza atdı. Popoviç kimi sonradan meydana çıxan bu futbolçu meydanın özlərinə aid hissəsindən dəqiq zərbə ilə hesabı darmadağın həddinə çatdırdı. Beləcə, “Simurq” da yeni mövsümdə ilk qələbəsini rəsmiləşdirmiş oldu.
İlk oyun gününə “Rəvan” – “Bakı” oyunu ilə yekun vuruldu. “Rəvan” ilk turda “Xəzər Lənkəran”la heç-heçə etdikdən sonra AZAL-a məğlub olmuşdu. “Bakı” isə “Simurq”la sülh bağlamışdı. Maraqlıdı ki, bu komandalar yenə meydandan 1 xalla ayrıldılar. Hesabı sonradan meydana çıxan Tofiq Mikayılov açsa da, rəqib komandada da ilk hissəni ehtiyatda keçirmiş Uinston Parks fərqləndi. Beləcə, “Bakı” və “Rəvan”ın qələbə həsrəti ən azı növbəti tura qədər davam edəcək.
Qeyd edək ki, turun qalan iki oyunu bu gün keçiriləcək. “Sumqayıt” “Qarabağ”ı, “İnter” isə “Xəzər Lənkəran”ı qəbul edəcək.
Premyer Liqa
3-cü tur
18 avqust (şənbə)
NEFTÇİ – QƏBƏLƏ – 3:0 (0:0)
Qollar: C.İmamverdiyev, 47 (1:0), J.Vobay, 56 (2:0), C.İmamverdiyev, 87 (3:0).
Sarı vərəqələr: Elvin Yunuszadə, 15 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Bruno Bertuççi, 40 (əllə tutduğuna görə) - Ürfan Abbasov, 37 (kobud oyun), Dodo, 45 (hakimə etiraz), Omar Kalabane, 75 (hakimə etiraz).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
18 avqust 2012. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 800 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 7. Rodriqinyo (6. Rəşad Sadiqov, 46), 9. Flavinyo (28. Emin Mehdiyev, 78), 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev (10. Julius Vobay, 46), 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə (k).
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 19. Mirhüseyn Seyidov, 26. Kərim Diniyev.
Məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 25. Dieqo Silva, 8. Bruno Da Silva, 10. Dodo (9. Viktor Mendi, 67), 11. Yannik Kamanan, 15. Omar Kalabane, 18. Aleksandr Çertoqanov (k), 22. Lorival Rodriqes Assis, 27. Rəşad Abdullayev (21. Elmar Baxşıyev, 60), 34. Ürfan Abbasov (99. Amil Yunanov, 81), 84. Deyan Kelhar, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 20. Rəşid Əmiraslanov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Fatih Kavlak
KƏPƏZ – AZAL – 0:2 (0:1)
Qollar: J.Nildo, 30 (0:1), J.Nildo, 51 (0:2).
Sarı vərəqələr: Qoqa Beraya, 63 (qeyri-idman hərəkəti), Məhərrəm Hüseynov, 66 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi:Qürbət Həsənov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
18 avqust 2012. Gəncə. Şəhər stadionu. 2500 tamaşaçı.
Kəpəz: 1. İvan Radoş, 5. Əli İsmayılov (k), 4. Azər Məmmədov, 24. Fərid Həşimzadə, 15. Şahin Kərimov, 6. Məhərrəm Hüseynov, 18. Nikolay Svejentsev (11. Qoqa Beraya, 56), 10. Armand Feutçin, 66. Lyuba Baranin, 9. İrakli Beraya (20. Emin Əliyev, 61), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 3. Təbriz Hüseynli, 7. Pərvin Paşayev, 17. Renat Sultanov, 8. Elvin Həsənəliyev.
Baş məşqçi: Fuad İsmayılov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 4. Xose Junior Aylton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 87), 8. Elman Taqayev, 11. Zohair Benuahi, 16. Junior Nildo (99. Orxan Həsənov, 90+2), 17. Viktor İbekoyi (37. Andrius Veliçka, 75), 15. Oskar Klyava, 20. Branislav Arseniyeviç.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 28. Artur Patraş, 19. Orxan Səfiyaroğlu, 2. Xuan Fransisko.
Baş məşqçi: Vaqif Sadıqov.
SİMURQ – TURAN - 3:0 (0:0)
Qollar: Z.Popoviç, 75 (1:0), Z.Popoviç, 82 (2:0), M.Bojiç, 90+2 (3:0)
Sarı vərəqələr: Rasim Ramaldanov, 60 (qeyri-idman hərəkəti), Ruslan Poladov, 64 (bilərəkdən əl ilə oyun), Murad Səttarlı, 74 (qeyri-idman hərəkəti) - Mikayıl Rəhimov, 39 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
18 avqust 2012. Zaqatala şəhər stadionu. 3000 tamaşaçı.
Simurq: 22. David Petşkeviç, 2. İlkin Qırtımov (10. Zdravko Popoviç, 46), 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov (25. Mario Bojiç, 56), 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 15. Stepan Polyak, 21. Murad Səttarlı (19. Nicat Qurbanov, 85), 79. Nenad Stoyanoviç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 20. Rəşad Əyyubov, 24. Mehman Məmmədov.
Baş məşqçi: Georgi Çixradze.
Turan: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov (2. Hüseyn İsgəndərov, 72), 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k) (4. Levan Çxetiani, 80), 11. Qoqi Pipia (5. Fərid Quliyev, 46), 13. Bayram Kərimov, 14. Aleksandr Qoqoberişvili, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina, 22. Salif Ballo.
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 19. Asəf Qədiri, 20. İlkin Sadıqov, 16. Elmixan Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
RƏVAN – BAKI - 1:1 (0:0)
Qollar: T.Mikayılov, 74 (1:0), U.Parks, 88 (1:1)
Sarı vərəqələr: Tural Axundov, 37 (qeyri-idman hərəkəti), Davud Kərimi, 79 (oyunun bərpasını gecikdirdiyinə görə), Samuel Barlay, 81 (qeyri-idman hərəkəti) - Vangelis Mantsios, 2 (simulyasiya), Novruz Məmmədov, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
18 avqust 2012. Bakı. Dalğa Arena. 200 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela (12. Davud Kərimi, 46), 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 15. Tural Cəlilov, 18. Samuel Barlay, 20. Kristian Torres (22. Tofiq Mikayılov, 61), 23. Sallieu Bundu, (26. Bosman Frensis, 77), 28. Amid Quluzadə.
Ehtiyat oyunçular: 4. Ekrem Hodziç, 7. Elvin Musazadə, 16. Orxan Lalayev, 17. Emin İbrahimov.
Baş məşqçi: Cevat Gülər.
Bakı: 82. Edin Nuredinovski, 6. İbrahim Karqbo, 8. Xavyer Junior Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 22. Vangelis Mantsios (36. Uinston Parks, 87), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 27. Georgi Popxadze (7. Deyvidas Çesnauski, 73), 38. Namiq Ələsgərov (21. Novruz Məmmədov, 73), 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 10. Lukas Mario Horvat, 17. Ramazan Abbasov.
Baş məşqçi: Bojidar Bandoviç.
1
3
2
1
0
7-3
7
