19 avqust 2012 00:12
“Qarşılaşmanın 0:0 davam etməsi gərginliyi daha da artırdı”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 3-cü turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Turan”la oyunlarımız həmişə çətin keçir. Bu gün də oyun gərgin keçdi. Qarşılaşmanın 0:0 davam etməsi gərginliyi daha da artırdı. İlk hissədə qol epizodlarımız çox olsa da, yararlana bilmədik. İkinci hissədə dəyişiklik etdikdən sonra qollar vurduq və qalib gəldik”.
