19 avqust 2012 12:17
“Qələbə qazanmaq vaxtıdı”
“İnter”in hücumçusu Tales Şütz Premyer Liqanın 3-cü turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Qarşıdakı oyun bizim üçün çox vacibdi və çətin olacaq. Çünki “Xəzər Lənkəran” da “İnter” kimi güclü komandadı. Uğur qazanmaq üçün mümkün qədər yaxşı oyun sərgiləməyimizə ehtiyac var”.
“Qarşıdakı oyun bizim üçün çox vacibdi və çətin olacaq. Çünki “Xəzər Lənkəran” da “İnter” kimi güclü komandadı. Uğur qazanmaq üçün mümkün qədər yaxşı oyun sərgiləməyimizə ehtiyac var”.
Məlum olduğu kimi, “İnter” “Şəfa” stadionunun təmirə bağlanması səbəbindən ev oyunlarını Şüvəlandakı “AZAL Arena”da keçirir. Şütz məhz bu məqamın oyunlarına təsirsiz ötüşmədiyini deyir: “Biz öz meydanımızda oynamasaq da, hər halda meydan sahibi olacağıq. Ona görə də qələbə qazanmağa borcluyuq. Əlbəttə, öz meydanımızda oynamağımız daha yaxşı olardı. Amma hər halda “AZAL Arena” lənkəranlılara nisbətən, bizim üçün daha münasibdi”.
“Bankirlər”in forvardı ötən il mübarizə apardıqları “Xəzər Lənkəran”la indiki komandanı müqayisə də edib: “Cənubluların yaxşı komandası var. Ötən il onlar çox güclü idilər. Bu mövsüm də inamlı oyun sərgiləməkdədilər. Buna baxmayaraq, biz üç xal qazanmalıyıq”.
“İnter” üçün yeni mövsüm çox uğursuz başlayıb. “Qarabağ”la evdəki heç-heçənin ardından (1:1) səfərdə “Qəbələ”yə məğlubiyyət (0:1) bu komandada psixoloji durumun da yaxşı olmamasından xəbər verir. Amma Şütz “Xəzər Lənkəran”la oyun öncəsi optimistdi:
“Düzdü, mövsümə uğurlu start verə bilməmişik. Amma biz bu oyuna yaxşı köklənmişik. Nəhayət, qələbə qazanmaq istəyirik. Fikrimcə, erkən qol vursaq, hər şey bizim xeyrimizə dəyişəcək. Qələbə qazanmaq vaxtıdı”.