19 avqust 2012 00:22
Bojidar Bandoviç: Nəticədən razı qalmadım
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Premyer Liqanın 3-cü turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Nəticədən razı qalmadım, qalib gəlməli idik. Oyunda üstün tərəf idik, rəqiblə müqayisədə çox qol imkanı yaratdıq. İkinci hissədə də eyni qaydada oynadıq, lakin ani diqqətsizlik qapımıza qolla nəticələndi. Buna baxmayaraq, komanda sona kimi mübarizə aparıb hesabı bərabərləşdirə bildi. Əvvəlki oyunla müqayisədə daha yaxşı oynadığımızı düşünürəm, bu, hələ ki, çempionatın başlanğıcıdır. Qarşıda bizim çox oyunumuz var”.
