19 avqust 2012 00:33
“Bakı ilə oyunda heç-heçə də yaxşı nəticədi”
“Rəvan”ın baş məşqçisi Cavad Gülər Premyer Liqanın 3-cü turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin türkiyəli çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bakı” komandası üstün oynadı. Komandamız yaxşı mübarizə apardı, nadir qol imkanlarından yalnız birindən yararlana bildik. Təəssüf ki, qələbə hesabını sonadək qoruya bilmədik. Təbii ki, qalib gəlmək daha yaxşı olardı, lakin “Bakı” kimi komanda ilə oyunda heç-heçə də yaxşı nəticədir. “Bakı” çox yaxşı komandadır, gözəl oyun üçün çalışdılar. Qarşıdakı oyunlarda daha yaxşı oynamağa çalışacağıq. Çempionatın əvvəlində güclü komandalarla oynamaq bizə üstünlük vermir. Lakin bu oyunlarda yaxşı nəticə qazandığımıza inanıram”.
