21 avqust 2012 01:49
İngiltərə çempionatı: MY də mövsümə məğlubiyyətlə başladı (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Premyer Liqasında 2012-2013 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, açılış turunun ilk oyun günündə 7 matç baş tutub.
İlk gündə gözlənilməz nəticələr qeydə alınıb. Ötən mövsümkü uğursuzluqdan sonra böyük ümidlər bəslənilən “Liverpool” darmadağınla uduzub. “Arsenal” da qələbəyə həsrət qalıb. London təmsilçisi “Sunderland” ilə ev oyununda qolsuz bərabərliyə razılaşıb. “Tottenham” də turu məğlubiyyətlə başa vurub.
Bazar günü son çempion “Manchester City” “Southampton”u qəbul edib və çətin qələbəyə sevinib. “Chelsea” isə “Wigan”la qarşılaşmadan qalib ayrılıb.
Son oyun günündə isə “Manchester United” səfərdə “Everton”la üz-üzə gəlib. "Qırmızı şeytanlar" mövsümün ilk oyunundan məğlub ayrılıblar.
İngiltərə Premyer Liqası
1-ci tur
18 avqust
West Ham – Aston Villa - 1:0
Qol: Nolan, 40.
West Bromwich – Liverpool - 3:0
Qollar: Gera , 43, Odemvinqi, 64-pen, Lukaku, 77.
Reading – Stoke City - 1:1
Qollar: Le Fondre, 89-pen – Kiqtli, 34.
Queens Park - Swansea - 0:5
Qollar: Miku, 8; 53, Dir, 63; 71, Sinkleyr, 81.
Fulham - Norwich - 5:0
Qollar: Daff, 26, Petriç, 41; 54, Kakanikliç, 66, Sidvell, 87-pen.
Arsenal – Sanderlend - 0:0
Newcastle - Tottenham - 2:1
Qollar: D.Ba, 55, Ben Arfa, 80-pen –Defo, 76.
19 avqust
Wigan - Chelsea - 0:2
Qollar: İvanoviç, 2, Lampard, 7-pen.
Manchester City - Southampton - 3:2
Qollar: Teves, 40, Dzeko, 72, Nasri, 80 - Lambert, 59, Deyvis, 68.
Matçın 17-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu D.Silva penaltidən yararlana bilməyib
20 avqust
Everton - Manchester United - 1:0
Qol: Fellaini, 57.
