20 avqust 2012 13:12
Yunanıstanlı hücumçu hansı klubumuzla müqavilə bağlayacaq?
Yunanıstanın AEK klubunun hücumçusu Dimitris Sialmas bu gün Bakıya gələcək. Azerisport.az xəbər verir ki, o, Azərbaycan paytaxtına Premyer Liqa klublarımızdan ilə münasibətlərini tam rəsmiləşdirmək üçün təşrif buyurur.
Qeyd edək ki, Sialmasın Azərbaycan klubuna, daha dəqiq desək, “Bakı”ya keçidi uzun müddətdi gündəmdədi. Düzdü, “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç bir ara onunla maraqlanmadıqlarını iddia etsə də, Yunanıstan mətbuatı tərəflərin hərtərəfli razılığa gəldiyini yazır.
Son məlumatlara görə, 26 yaşlı futbolçu Azərbaycan klubu ilə 3 illik müqavilə barədə razılığa gəlib. Azərbaycan klubu isə Sialmasa görə 350 min avrosundan keçməyə razılaşıb. Ən maraqlı məqamlardan biri isə yunanların artıq “Bakı”nın adını vurğulamamasıdı. Yəni Sialmasın hansısa başqa klubumuza keçidi də istisna deyil.
