20 avqust 2012 14:15

Sumqayıt üçün antirekord, Qarabağ üçün rekord

Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt” – “Qarabağ” oyunu hər 2 komanda üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, qonaqlar üçün rekord kimi yadda qalan oyun meydan sahibləri üçün antirekordla tarixə düşüb.
 
Tarixində 9-cu dəfə böyük hesabla uduzan “Sumqayıt” ən acınacaqlı yenilgisinə üzülüb. Birinci divizionda 2, kubokda 1 dəfə belə məğlub olan komanda Premyer Liqada 6-cı dəfə 3 və ya daha böyük fərqlə uduzdu. İndiyədək ən pis halda 4 top fərqinə üzülən sumqayıtlılar I divizionda “Rəvan” (13.09.2010) və “Abşeron”a (28.11.2010), Premyer Liqada “Neftçi”yə 0:4 (21.08.2011) hesabı ilə uduzmuşdu. Bu oyunlarda yalnız “Abşeron” səfərdə qalib gəlmişdi.
 
“Qarabağ” isə Premyer Liqada ən böyükhesablı səfər qələbəsini qazandı. Əvvəllər rəqib meydanlarında 3 dəfə 5 top fərqinə sevinən ağdamlılar rekordunu növbəti dəfə təkrarladı. 1993/94 mövsümündə “Avtomobilçi”ni (26.02.1994), 1997/98 mövsümündə U-18-i (16.05.1998) 5:0 hesabı ilə məğlub edən “Qarabağ” 2006/04 mövsümündə elə Sumqayıtda 6:1 hesabına sevinmişdi. Həmin vaxt “Xəzər” böyükhesabla məğlub edilmişdi. 9 il sonra isə eyni meydanda rekord təkrarlandı.
 
Qeyd edək ki, “Qarabağ”ın Premyer Liqadakı ən böyükhesablı səfər qələbəsi 7:0 hesabı ilə olub. Lakin Bərdənin “Pambıqçı” klubu ilə oyundakı (02.08.1995) həmin oyunun nəticəsi rəqib çempionatdan çıxarıldığı üçün ləğv olunmuşdu. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.