20 avqust 2012 15:58
“Çoxları elə düşünür ki, bizi Neftçi üzərində asan qələbə gözləyir”
Kiprin APOEL klubunun xorvatiyalı hücumçusu Mario Budimir Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Bizi çətin oyunlar gözləyir. Bu oyunlara tam hazır olmağımız lazımdı. Əgər “Neftçi” ilə oyunlarda uğur qazanmaq istəyiriksə, başqa yolumuz yoxdu. Komandamızın hədəfi Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bunun üçün mütləq rəqibdən güclü olduğumuzu isbatlamalıyıq. Lakin unutmamalıyıq ki, rəqibimiz öz ölkəsinin çempionudu. Ona görə də rəqibə hörmətlə yanaşmalıyıq”.

Buna baxmayaraq, xorvatiyalı futbolçu APOEL-i “Neftçi”dən daha güclü hesab edir: “Biz onlardan güclüyük. Amma bunu meydandakı oyunumuzla və nəticədə də əks etdirməyimiz lazımdı. Nəzərə almaq lazımdı ki, rəqibin də üstünlüyü var. Onların itiriləsi heç nəyi qalmayıb. Çoxları elə düşünür ki, bizi “Neftçi” üzərində asan qələbə gözləyir. Amma fikrimcə, bizə maksimum diqqətli olmaq lazımdı”.