21 avqust 2012 19:30
Millimiz Palanqa turnirinə qələbə ilə başladı (YENİLƏNİB)
Bu gün Litvada 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan Palanqa turnirinə start verilib. Azerisport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayan Azərbaycan millisi də ilk oyununu məhz bu gün keçirib.
U-17 ənənəvi turnirdəki ilk görüşünü Latviyaya qarşı keçirib. Təbriz Həsənovun yetirmələri vaxtilə böyük uğurlar qazandıqları bu tirnirə yenə müsbət nəticə ilə başlayıblar. Millimiz 2:0 hesabı ilə qələbə qazanıb. Yığmanın heyətində hərəyə bir topla Ülvü İbazadə və Mirkamil Haşimli fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunu avqustun 25-də Belarusa qarşı keçirəcək.
Palanqa turniri
21 avqust
LATVİYA – AZƏRBAYCAN - 0:2
