21 avqust 2012 20:55
Yığmamız Moldovadakı ilk sınağında uduzdu (YENİLƏNİB)
Bu gün Moldovanın Kişinyov şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sözügedən ölkədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi elə meydan sahibləri - Moldova U-19-u olub.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb. Meydan sahibləri iki cavabsız qola seviniblər.
Qeyd edək ki, bu komandalar arasında daha bir sınaq matçı baş tutacaq. Növbəti Moldova - Azərbaycan dueli ayın 23-də baş tutacaq.
Yoldaşlıq oyunu
21 avqustu
MOLDOVA – AZƏRBAYCAN - 2:0 (1:0)
36-cı dəqiqədə moldovalılar hesabı açıblar - 1:0
67-ci dəqiqədə yığmamız ikinci dəfə mərkəzə dəvət olunur - 2:0
