20 avqust 2012 11:57

İnter bəyanat yaydı

“İnter” klubu Premyer Liqanın 3-cü turunun “Xəzər Lənkəran”la oyunundan sonra baş verənlərlə bağlı bəyanat yayıb. Azerisport.az həmin bəyanatı olduğu kimi təqdim edir:

“Məlumat verildiyi kimi, avqustun 19-da Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “İnter” Lənkəranın “Xəzər-Lənkəran” komandasını qəbul etdi. “AZAL-Arena” stadionunda baş tutmuş qarşılaşma 0:0 hesabıyla başa çatdı. Azərbaycan azarkeşlərinə maraqlı və baxımlı oyun bəxş etdiklərinə görə hər iki komandanın üzvlərinə minnətdarlığımızı bildiririk.
 
Lakin çox təəssüf hissilə də qeyd edirik ki, oyundan sonra meydanda hər iki komandanın üzvləri arasında xoşagəlməz mübahisə anları da yaşanmışdır. “İnter” Peşəkar İdman Klubunun rəhbərliyi belə hadisələrin baş verməsinə qarşıdır və lüzumsuz gərginliyə səbəb olan mübahisələrin aparılmasını qəbuledilməz sayır. Klub rəhbərliyi əmindir ki, belə hallar Azərbaycan futbolunun inkişafına heç bir töhvə vermir.
 
Ancaq bunu da qeyd etməliyik ki, baş vermiş hadisələr bəzi elektron informasiya saytlarında həddən artıq “qara rənglərdə” əksini tapmış və “İnter” klubunun üzvlərinə qarşı ciddi ittihamların irəli sürülməsinə şərait yaradılmasına çalışılmışdır. Xüsusilə də “İnter” komandasının müdafiəçisi İlia Kandelakinin mübahisə zamanı rəqib komandanın oyunçusu Sadio Tounkaranın ünvanına guya irqçi ifadələr işlətməsi və Baçana Tsxadadzenin Peşəkar Futbol Liqasının əməkdaşına guya xəsarət yetirməsi barədə reallıqdan uzaq və içtimai fikri aldatmağa yönəlmiş məlumat yayılmışdır. Klub rəhbərliyi bildirir ki, “İnter” komandası beynəlmiləl klubdur və hər hansı bir irqçilikdən söhbət gedə bilməz və belə bir informasiyanın yayılmasını ucuz sensasiya axtarışı kimi qiymətləndirir.
 
“İnter” PİK-in rəhbərliyi bəyan edir ki, “İnter” komandasının Azərbaycan Çempionatında yüksək yerlər uğrunda apardığı mübarizə ədalətlilik və tolerantlılıq prinsipinə söykənir və futbolun inkişafına və adına zərər verə biləcək istənilən addımlardan və hərəkətlərdən uzaq dayanmışdır və həmişə də dayanacaqdır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.