20 avqust 2012 12:05
Arif Əsədovdan altı oyuna 4 düzgün proqnoz
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovun Premyer Liqanın 3-cü turuna dair saytımıza açıqladığı proqnozlardan dördü düz çıxıb. Azerisport.az xəbər verir ki, o, verdiyi altı proqnozdan yalnız ikisində yanılıb.
Belə ki, Əsədov “Simurq” – “Turan” (3:0), “Neftçi” – “Qəbələ” (3:0), “Sumqayıt” – “Qarabağ” (1:6) oyunlarında Zaqatala, Bakı və Ağdam klublarının qalib gələcəyini, həmçinin “İnter” – “Xəzər Lənkəran” görüşünün sülhlə (0:0) bitəcəyini düzgün müəyyənləşdirib. Qalan iki oyunla bağlı proqnozları isə düz çıxmayıb (Rəvan – Bakı, Kəpəz - AZAL).
