20 avqust 2012 00:25
Darmadağınla zirvəyə
Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, son oyun günündə iki matç baş tutdu.
Geridə qalan ilk iki turda 4 xal qazanan “Sumqayıt” və “Qarabağ” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşdı. Bu komandalar arasında ötən mövsüm baş tutan oyunlarda “Qarabağ” qələbə qazana bilməmişdi. Sumqayıtdakı görüşdə heç-heçəyə razılaşan bu komanda heç kimin gözləmədiyi şəkildə evdə də məğlubiyyətlə üzləşmişdi.
Amma Qurban Qurbanovun komandası bu dəfə eyni aqibəti yaşamadı. Oyuna daha fəal başlayan “Qarabağ” erkən qolla hesabı açdı. Ansi Aqollinin ötürməsindən sonra Riçard Almeyda akrobatik zərbə ilə topu tora qovuşdurdu. Bundan az sonra meydan sahibləri ciddi itki ilə üzləşdilər. Belə ki, 20-ci dəqiqədə cərimə meydançasında Aftandil Hacıyev Rauf Əliyevi kobubluqla yıxdı. Baş hakim Elçin Məmmədov Aftandili meydandan qovdu və “Sumqayıt”ın qapısına penalti təyin etdi. Topa yaxınlaşan Rəşad Sadıqovun zərbəi dəqiq oldu. Düzdü, 44-cü dəqiqədə “Qarabağ”dan Qara Qarayev də qırmızı vərəqə aldı və komandalar yenidən bərabər heyətlərlə mübarizə aparmağa başladılar. Amma bu, “Sumqayıt”ı ağır məğlubiyyətdən xilas etmədi. Matçın son yarım saatında daha dörd qol vuran Ağdam təmsilçisi əsl darmadağına imza atdı. Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov və Namiq Yusifovun qolları ötən mövsümdə qeydə alınan xal itkiləri və məğlubiyyət üçün əsl qisas sayıla bilər. Meydan sahibləri isə sadəcə Sabir Allahquliyevin təsəlli qoluna “sevinə bildilər”.
Beləcə, mövsümə yaxşı başlayan “Sumqayıt”ın ilk məğlubiyyəti çox acınacaqlı və biabırçı oldu. “Qarabağ” isə bu möhtəşəm qələsi sayəsində zirvəyə çıxdı. Hazırda Ağdam klubu AZAL-la birgə zirvəni bölüşür. Sadəcə, topların daha yaxşı fərqi “Qarabağ”ın xeyrinədi. Görünür, ağdamlılar əbəs yerə mövsümün əsas favoriti olmadıqlarını isbatlamaqdadılar.
Turun qapanış oyunu isə “İnter”lə “Xəzər Lənkəran” arasında baş tutdu. Mərkəzi oyuna maraq kifayət qədər böyük idi. “Xəzər Lənkəran” ilk iki turda 4 xal qazanmışdı. “İnter” isə 1 oyunda qələbə qazanmış, 1 oyunda məğlub olmuşdu. Turun mərkəzi oyunu “AZAL Arena”da baş tutdu. Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında qapılara qol vurulmadı. Halbuki, hər iki komandanın bunun üçün xeyli şansı oldu. Xüsusilə də, “İnter” mövsümdəki ilk qələbəsini qazanmaq üçün çox çalışdı. Amma bu cəhdlər bəhrəsiz qaldı və “bankirlər”in qələbə həsrəti ən azı bir həftə sonraya qədər uzandı.
Qeyd edək ki, turun digər dörd qarşılaşması ilk oyun günündə keçirilmişdi. “Neftçi” “Qəbələ”ni, “Simurq” “Turan”ı 3:0, AZAL “Kəpəz”i 2:0 hesabı ilə yenib, “Rəvan” – “Bakı” oyununda isə qalib müəyyənləşməyib – 1:1.
Premyer Liqa
3-cü tur
19 avqust (bazar)
SUMQAYIT – QARABAĞ - 1:6 (0:2)
Qollar: R.Almeyda, 14 (0:1), R.Sadıqov, 21-pen (0:2), V.Nadirov, 60 (0:3), M.Muarem, 64 (0:4), S.Allahquliyev, 74 (1:4), İ.Qurbanov, 81 (1:5), N.Yusifov, 90+1 (1:6).
Sarı vərəqələr: Fərcad-Azad Pərdis, 15 (qeyri-idman hərəkəti), Samir Abbasov, 20 (hakimin qərarına etiraz), Erdal Çelik, 36 (qeyri-idman hərəkəti), Ceyhun Sultanov, 62 (qeyri-idman hərəkəti), Məhəmməd Mirzəbəyov, 88 (simulyasiya) - Vüqar Nadirov, 36 (qeyri-idman hərəkəti), Qara Qarayev, 39 (qeyri-idman hərəkəti), 44 (bilərəkdən əllə oyun).
Qırmızı vərəqələr: Aftandil Hacıyev, 20 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə) - Qara Qarayev, 44 (bilərəkdən əllə oyun).
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
19 avqust 2012. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 8000 tamaşaçı.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abbasov (k), 5. Murat Doymuş, 6. Tamer Taktak, 7. Fərcad-Azad Pərdis, 10. Ceyhun Sultanov (11. Sabir Allahquliyev, 63), 13. Murad Ağayev (27. Ramil Həşimzadə, 46), 22. Erdal Çelik, 91. Ruslan Qurbanov (21. Məhəmməd Mirzəbəyov, 85).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 50. Murad Hüseynov.
Baş məşqçi: Bernard Raab.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev (22. Əfran İsmayılov, 60), 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 60), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli (16. Elnur Abdulov, 76).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Kamil Hüseynov, 4. Zaur Həşimov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Qurban Qurbanov.
İNTER – XƏZƏR LƏNKƏRAN - 0:0 (0:0)
Sarı vərəqələr: Asif Məmmədov, 55 (qeyri-idman hərəkəti), Vladimir Levin, 89 (qeyri-idman hərəkəti) - Elnur Allahverdiyev, 72 (qeyri-idman hərəkəti), Robert Alviz, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 1 dəq.
19 avqust 2012. Bakı. AZAL Arena. 1500 tamaşaçı
İNTER: 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya (8. Nizami Hacıyev, 67), 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 24. Fuad Bayramov (47. Abdulla Abatsiyev, 73), 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (23. Tales Şütz, 66).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Valeri Abramidze, 9. Daniel Genov, 77. Ruslan Əmircanov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 6. Robert Alviz, 7. Sadio Tounkara, 5. Elnur Allahverdiyev, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov (10. Elnur Abdullayev, 77), 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 17. Kazım Kazımlı, 18. Alim Qurbanov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Yunis Hüseynov.
1
3
2
1
0
8-2
7
