20 avqust 2012 12:39
Neftçi - APOEL matçının biletləri satışa çıxdı
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - APOEL (Kipr) matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Azarkeşlər bilet almaq üçün aşağıda göstərilmiş satış nöqtələrinə yaxınlaşa bilərlər.
Satış nöqtələrinin ünvanları:
1.Park Bulvar Alış Veriş Mərkəzi
2.Metro Park Ticarət Mərkəzi
Qeyd edək ki, "Neftçi" - APOEL qarşılaşması avqustun 23-ü keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.
