20 avqust 2012 12:55
Bakının qapıçısı ən yaxşı seçildi
“Bakı”nın futbolçuları Belarusun Vitebsk şəhərində təşkil olunan III beynəlxalq çimərlik futbol turnirindən - “Dostluq kuboku”ndan qayıdıb. Azerisport.az xəbər verir ki, təmsilçilərimiz 9-12 avqust tarixlərində, 8 komandanın iştirak etdiyi yarışda finala kimi irəliləyib.
Xəbər verdiyimiz kimi, “zolaqlılar” yalnlız finalda meydan sahiblərinə - Belarus yığmasına 3:5 hesabı ilə məğlub olaraq ikinci yerlə kifayətlənməli olmuşdular. Qeyd edək ki, turnirə Polşa, Latviya, Litva kimi milli komandalar, Belarusun BATE və Gomel, eləcə də Rusiyadan klublar qatılıb.
Sevindirici haldı ki, turnirdə ən yaxşı qapıçı “Bakı”nın üzvü Elçin Qasımov, ən yaxşı ikinci bombardir isə Orxan Məmmədov olub. Azərbaycanlı FİFA referisi Əfqan Həmzəyev də “Dostluq kuboku”nun ən yaxşı hakimi seçilib.
