24 avqust 2012 03:19

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirildi (YENİLƏNİB)

Futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 62 klub mübarizə aparır. Onlar növbəti mərhələyə 31 vəsiqənin taleyinə aydınlıq gətirməlidilər.
 
Qeyd edək ki, Azərbaycan bu turnirə 3 klubla start versə də, onların hamısı mübarizəni erkən dayandırdı. “Bakı” Avroliqanı ilk, “İnter”lə “Xəzər Lənkəran” isə ikinci təsnifat mərhələsində tərk etdi. Lakin hazırda yenə bu turnirdə təmsilçimiz var. Bu, Çempionlar Liqasında üçüncü təsnifat mərhələsini məğlub başa vuran ölkə çempionu “Neftçi”di. “Ağ-qaralar” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün Kipr APOEL-indən güclü olmalıdı. Lakin tərəflər arasındakı ilk görüşdə sülh qeydə alınıb.
 
Bütövlükdə isə bu mərhələdə mübarizə aparan cütlüklər ilk oyunlarını aşağıdakı hesablarla başa vurublar:
 
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
22 avqust
 
Stuttgart (Almaniya) – Dinamo (Moskva, Rusiya) - 2:0 (0:0)
 
23 avqust
 
APOEL (Kipr) - NEFTÇİ (AZƏRBAYCAN) - 1:1 (0:0)
Anji (Rusiya) - AZ Alkmaar (Hollandiya) - 1:0 (0:0)
Tromse (Norveç) - Partizan (Serbiya) - 3:2 (1:1)
Ekranas (Litva) - Steaua (Buxarest, Rumıniya) - 0:2 (0:1)
Slovan (Çexiya) - Dnepr (Ukrayna) - 2:2 (0:1)
AIK (İsveç) - CSKA (Moskva, Rusiya) - 0:1 (0:0)
Legia (Polşa) - Rosenborg (Norveç) - 1:1 (1:0)
Atromitos (Yunanıstan) - Newcastle (İngiltərə) - 1:1 (1:1)
Molde (Norveç) - Heerenveen (Hollandiya) - 2:0 (1:0)
Şerif (Moldova) - Olympique (Marsel, Fransa) - 1:2 (1:1)
Bursaspor (Türkiyə) - Twente (Hollandiya) - 3:1 (1:1)
Dinamo (Buxarest, Rumıniya) - Metallist (Ukrayna) - 0:2 (0:1)
Luzern (İsveçrə) - Genk (Belçika) - 2:1 (1:1)
Trabzonspor (Türkiyə) – Videoton (Macarıstan) - 0:0 (0:0)
Dudelange (Lüksemburq) - Hapoel (Təl-Əviv, İsrail) - 1:3 (1:3)
Feyenoord (Hollandiya) - Sparta (Çexiya) - 2:2 (0:2)
Midtjylland (Şotlandiya) – Young Boys (İsveçrə) - 0:3 (0:1)
Debrecen (Macarıstan) - Brugge (Belçika) - 0:3 (0:0)
Lokeren (Belçika) - Viktoria (Çexiya) - 2:1 (1:1)
PAOK (Yunanıstan) - Rapid (Vyana, Avstriya) - 2:1 (0:1)
Vaslui (Rumıniya) - Inter (İtaliya) - 0:2 (0:1)
Hearts (Şotlandiya) - Liverpool (İngiltərə) - 0:1 (0:0)
Slask (Polşa) - Hannover (Almaniya) - 3:5 (1:3)
Motherwell (Şotlandiya) - Levante (İspaniya) - 0:2 (0:1)
Crvena Zvezda (Serbiya) - Bordeaux (Fransa) - 0:0
Athletic (İspaniya) - HJK (Finlandiya) - 6:0 (3:0)
Maritimo (Portuqaliya) - Dila Gori (Gürcüstan) - 1:0 (0:0)
Horsens (Danimarka) – Sporting (Portuqaliya) - 1:1 (1:0)
Mura (Sloveniya) - Lazio (İtaliya) - 0:2 (0:1)
Zeta (Monteneqro) - PSV (Hollandiya) - 0:5 (0:1)
 
Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin cavab oyunları avqustun 30-da keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.