21 avqust 2012 12:57
Tərəqqiyə yeni baş məşqçi təyin olundu
Gəncənin futbol üzrə Azərbaycan birinci divizionundakı təmsilçisi "Tərəqqi" klubuna yeni baş məşqçi təyin edilib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandaya bir zamanlar “Kəpəz”in şərəfini qorumuş Vasif Vəliyev başçılıq edəcək.
Rəhbərliyin iştirakı ilə keçirilən iclasda Vasif Vəliyev komandaya təqdim olunub və futbolçularla ilk tanışlıq olub.
Xatırladaq ki, 37 yaşlı Vəliyev son iki ili “Kəpəz” klubunun 17 yaşlılardan ibarət komandasına rəhbərlik edirdi. O, “Kəpəz”in baş məşqçisi təyin olunan Mahmud Qurbanovun əvəzləyəcək.
