21 avqust 2012 02:18
Millimizin futbolçusu Orduspor ilə görüşə hazırlaşır (FOTOLAR)
Türkiyənin “Eskişehirspor” klubu Super Liqanın 2-ci turunun “Orduspor”la səfər matçının hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının üzvü Ufuk Budaq da komandasının məşqlərində iştirak edib. Lakin hələlik Eskişehir klubunda rəsmi debüt etməyən milli futbolçumuzun “Orduspor”la qarşılaşmada hansı aqibəti yaşayacağı bəlli deyil.
