21 avqust 2012 13:38
Öncə Neftçi, sonra APOEL
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində oynanılacaq “Neftçi” – APOEL matçından bir gün əvvəl – sabah "Dalğa Arena"da hər iki klubun mətbuat konfransı və açıq məşqi baş tutacaq. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Məlumatda bildirilir ki, “Neftçi”nin mətbuat konfransı 19:30-da, məşqi isə 20:00-da keçiriləcək.
Qonaqların baş məşqçisi isə saat 20:30-da jurnalistlər önünə çıxacaq. APOEL-in məşqi 21:00-a nəzərdə tutulub. Hazırlığın ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq.
