21 avqust 2012 13:52

DÇ-nin kuboku Lənkəranda (FOTOREPORTAJ)

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyul ayının 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Azerisport.az xəbər verir ki, rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın inzibati binasında sərgilənəndən sonra avqust ayının 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmiş və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.
 
Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq.
 
Avqustun 20-də Lənkəran şəhərindəki Heydər Əliyev adına parkda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konsert proqramında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev, musiqiçi DJ "Merkury", Azərbaycan Dövlət Rəqs Ansamblı "Odlar Yurdu", tanınmış skripka ifaısı İlkin Əliyev çıxış ediblər. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər konserti izləyib və təşkilati işlərdə köməklik göstəriblər.
 
Rəsmi Kubok xüsusi təyin olunmuş meydançada yerləşdirilib və konsert qonaqlarının böyük marağına səbəb olub. Hər kəs Rəsmi Kubok və çempionatın Rəsmi Maskotu Top Top Qız ilə şəkil çəkdirmək imkanı qazanıb.
 
Bundan əlavə, parkda çempionatın oyunlarının biletləri satılıb və qarşıdan gələn böyük futbol turnirinin təbliğat materialları paylanılıb. Konsert zamanı bir neçə müsabiqə keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.
 
Xatırladaq ki, Kuboku qarşılayan növbətli şəhər Gəncə olacaq. Bununla əlaqədər, Gəncə şəhərinin Azadlıq meydanında avqustun 23-də saat 20:00-da möhtəşəm konsert proqramı keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.