21 avqust 2012 14:50
Premyer Liqamızın yeni sponsoru müəyyənləşdi
Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasına yeni titul sponsoru tapıb. Azerisport.az xəbər verir ki, artıq yeni sponsorun kimliyi tam dəqiqləşib.
Sadəcə, hələlik təfərrüatlar gizli saxlanılır. Çünki PFL bununla bağlı xüsusi mərasim keçirməyə hazırlaşır. Yeni sponsorun təqdimatı da məhz sentyabrın 5-də keçiriləcək tədbirdə olacaq. Həmin gün tərəflər arasında rəsmi müqaviləyə imza atılacaq.
Qeyd edək ki, məlumatı PFL-dən təsdiqləyiblər. Yeni sponsorun adı açıqlanana qədər isə Premyer Liqamız adsız qalacaq.
Maraq üçün xatırladaq ki, mövsümün əvvəlində PFL rəhbərliyi köhnə sponsorla yola davam edəcəklərinə inandıqlarını deyirdilər. Amma görünür son anda tərəflər yollarını ayırmağa qərar veriblər.
