21 avqust 2012 19:47
Azərbaycan millisi Ukrayna yığmasına 5 qolla qalib gəldi
Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Çerniqov şəhərində yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 5:1 hesablı qələbə qazanıb.
Yığmamızın heyətində Nigar Cəlilli dubl edib. Digər qolları Süsən Mənsimova, Leyla Solmaz və Maya Danqadze vurub.
