21 avqust 2012 19:58
Bakının yarımmüdafiəçisi Tunisə qarşı
"Bakı" futbol klubunun üzvü İbrahim Karqbo Syerra-Leone milli komandasının düşərgəsinə dəvət alıb. Azerisport.az xəbər verir ki, İbrahim milli komandasının Tunisə qarşı keçirəcəyi rəsmi oyunda forma geyə bilər.
Haqqında söhbət gedən qarşılaşma Afrika Millətlər Kubokunun seçmə oyunudu və 8 sentyabr 2012-ci il tarixdə Syerra-Leonenin paytaxtı Fritaunda baş tutacaq.
